Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 90 saylı körpələr evi-uşaq bağçasında “Novruz çərşənbəsi” adlı tədbir keçirilib.
Tədbirdə M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri, 90 saylı körpələr evi-uşaq bağçasının müdiri Zərnişan Mustafayeva, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya resurs şöbəsinin müdiri şəfiqə Ağayeva və şöbənin əməkdaşları iştirak ediblər.
90 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Zərnişan Mustafayeva Od çərşənbəsi günündə körpələrə kiçik yaşlarından milli-mənəvi dəyərlərin aşılanması və təbliğ olunması, onların təbrik edilməsi məqsədilə təşkil olunan tədbirə görə M.ə.Rəsulzadə Bələdiyyəsinə minnətdarlığını bildirib.
M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək balaca fidanları baharın gəlişi, Od çərşənbəsi münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıqla dolu il arzuladı. Bələdiyyə sədri Novruz bayramının əsrlərin sınağından çıxan mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl olduğunu bildirib.
Hümbət Hüseynov xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsində ümummilli lider Heydər əliyevin və onun siyasi kursunun davamçısı Prezident ilham əliyevin xidmətlərini vurğuladı.
Sonra 90 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Balacalar Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndiriblər.
Tədbirdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının informasiya resurs şöbəsinin müdiri şəfiqə Ağayeva, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova, baş kitabxanaçı Aygün əliyeva Azərbaycan xalqının milli-mənəvi dəyəri olan Novruz bayramının adət-ənənələri, Novruz atributları haqqında balacalara məlumat verdilər. Onlar uşaqlara nağıllar, şeir nümunələri, tapmacalar söylədilər, bayram mövzusunda folklor nümunələrini oyunlar vasitəsilə çatdırdılar. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları tədbirin bəzəyi idi. Tədbirdə yumurta döyüşdürülməsi mərasimi uşaqların sevincinə ikiqat sevinc qatdı. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Belediyye.info